Qaçaq türk prokurorlarının sorağı indi Almaniyadan gəldi

14-08-2015, 11:44           
Qaçaq türk prokurorlarının sorağı indi Almaniyadan gəldi
Türkiyənin keçmiş prokuroru Zəkəriya Öz Yerevandan təyyarə ilə Almaniyaya uçub.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xəbərdə bildirlib ki, "Ergenekon" və 2014-cü il dekabrın 17-25- də korrupsiya işlərinin prokurorları Zəkəriya Öz və Cəlal Kara həbs edilmələri haqda qərar çıxmazdan 12 saat öncə Gürcüstana, ordan Ermənistana qaçmışdı.
Məlumata görə, Zəkəriya Özün tutulması haqqında uyğun qərar yayılmadığından o, yaşıl pasportla sərbəst şəkildə Almaniyaya viza ala bilib. Keçmiş prokurorun Almaniyaya uçarkən, Yerevan hava limanındakı yoxlama zamanı heç bir maneəyə rast gəlmədiyi də bildirilib.
Qeyd edək ki, ötən gün Türkiyə prezidenti hər iki prokurorun interpol xətti ilə axtarışa veriləcəyini demişdi.
Daha bir xəbərdə isə hər iki prokurorun Kiyev yaxınlığında dağ evində gizləndiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.