Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi məscid açılışında maraqlı anlar yaşanıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, tikintisi 3 il davam edən məsçidin açılışından sonra prezident məscidin həyətini dolaşıb. Bu zaman xüsusi yetişdirilən kəkliklərdən biri Ərdoğanın başına qonub.
Mühafizəçilərin kəkliyi tutmağa çalışması maraqlı görüntülərə səbəb olub.