Türkiyə 3 şəhid verdi — 6 yaralı

15-08-2015, 22:39           

Türkiyənin Bingöl bölgəsindəki Karlıova rayonunda PKK tərəfindən yola basdırılmış partlayıcının işə düşməsi nəticəsində 3 hərbçi şəhid olub, 6-sı yaralanıb.

PKK-çılar bölgədəki yolları kəsərək mülki vətəndaşları yoxlayırmışlar.

İstanbulda isə polisin 23 ünvanda apardığı antiterror əməliyyatı nəticəsində PKK və YDG-H terrorçu qruplaşmalarına aid 15 nəfər həbs edilib.

İzmirdə də polis tərəfindən genişmiqyaslı antiterror əməliyyatları keçirilib. Bildirilir ki, PKK və İŞİD mənsublu 84 nəfər şübhəli qismində saxlanılıb.

Şırnakda yol kənarında saxlanılan bomba yüklənmiş sahibsiz minik avtomobili partladılaraq zərərsizləşdirilib.

Türkiyədə hökumət qüvvələrinin antiterror əməliyyatları davam etdirilir. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru