Fərari prokurorların yeri müəyyənləşdirildi
16-08-2015, 10:51
Türkiyədən qaçan və Gülən camaatı ilə bağlı olduğu bildirilən prokurorların Almaniyada hansı ünvanda olduğu müəyyənləşdirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, barəsində həbs qərarı çıxan prokurorlar Zəkəriyyə Öz və Cəlal Kara Frankfurt şəhərindən 25 kilometr məsafədə yerləşən bir oteldə qalır.
Otelin Gülən camaatına məxsus olduğu bildirilir.
Xatırladaq ki, prokurorlar barəsində həbs qərarı çıxmamışdan bir neçə saat əvvəl – avqustun 11-də ölkədən qaçaraq Gürcüstan-Ermənistan-Almaniya marşrutu üzrə hərəkət edib. Bəzi iddialara görə, prokurorlar Almaniyaya getməmişdən əvvəl Ukraynada da olublar. Türkiyə Ədliyyə Nazirliyi onların ölkəyə qaytarılması üçün hüquqi prosedurlara başlayıb.
Zəkəriyyə Öz və Cəlal Kara “cinayətkar qruplaşma yaratmaq”, “qeyri-qanuni yollarla Türkiyə Cümhuriyyəti hökumətini devirmək cəhdi, vəzifədən sui-istifadə etmək”lə ittiham olunurlar. Eyni cinayətlərə görə ittiham olunan camaata bağlı digər prokuror Mehmet Yüzgeçin harda olduğu dəqiq bilinmir.