Almaniya "Patriot"ları PKK-nın marağı üçün geri göndərdiyini etiraf etdi - ŞOK
17-08-2015, 20:26
PKK və DKP-C terror təşkilatlarının əsas adamlarını Türkiyəyə vermək istəməyən, “paralel təşkilatlanma”nın adamı prokuror Zəkəriyyə Özə sığınacaq verən Almaniya bu dəfə də PKK xeyrinə qərar qəbul edib.
Avropa.info xəbər verir ki, Almaniya qarşıdakı aylarda Suriya-Türkiyədə yerləşdirilən “Patriot” batareyalarını geri göndərmək qərarı verib. Suriyada vətəndaş müharibəsinin pik həddinə çatdığı və İŞİD təhlükəsi gözlənildiyi bir zamanda Almaniyanın bu cür qərar verməsi şok effekt yaradıb.
Almaniyanın məşhur “Frankfurter Allgemeine Zeitung” qəzeti yazır ki, “Patriot” HHM sistemlərinin çıxarılmasının əsl səbəbi Türkiyənin Suriya məsələsində Almaniya və ABŞ-ın istədiyi kimi hərəkət etməməsi olub. Qəzet bu məlumatı alman hökumətinə yaxın mənbələrdən əldə etdiyini bildirib.
Angela Merkelin koalisiya ortağı Sosial Demokrat Partiyasından hərbi ekspert Rayner Arnold “Patriot” raketlərinin geri çəkilməsinin səbəbi kimi PKK qarşı keçirilən hava əməliyyatların uğurlu olmasını göstərib.
Müdafi naziri Ursula von der Leyen isə səbəb kimi İŞİD-i göstərib.
Sol Partiyasnın lideri Bernd Rayxinger isə Suriya və İraqda apardığı əməliyyatlara görə Türkiyəyə silah satışının dayandırılmasını müdafiə etmişdi.
“Patritot” raketlərinin geri göndərilməsi qərarından alman müxalifəti də razı qalıb. Xüsusilə, PKK-nın Almaniyada leqallaşdırılması üçün zəhmət çəkən Sol Partiya bunu sevinclə qarşılayıb.
Yaşıllar Partiyasının üzvü, xarici işlər üzrə ekspert Yurgen Tritten iki həftə əvvəl “Kürdlərə qarşı müharibə pik həddə çatarsa “Patriot”ların geri göndərilməsini ciddi şəkildə nəzərdən keçirmək lazımdır” – deyə bildirmişdi.