PKK liderləri qaçdı, təşkilat daxilində bəzi yasaqlar qoyuldu

18-08-2015, 11:57           
PKK liderləri qaçdı, təşkilat daxilində bəzi yasaqlar qoyuldu
Türkiyə Silahlı Qüvvələrinin (TSK) başlatdığı əməliyyatlardan sonra böyük itkilər verən PKK terror təşkilatında qorxu havası yaranıb.

ANS PRESS-in məlumatına görə, son 3 həftədə 150-yə yaxın qırıcı ilə həyata keçirilən əməliyyatlar zamanı 400 terrorçu zərərsizləşdirilib, 200-ü ağır olmaqla 400 terrorçu yaralanıb. Əməliyyatlardan sonra terror təşkilatının üzvləri can qorxusu ilə təşvişə düşməyə başlayıblar.

PKK idarə heyətində yaşanan “qorxu havası” isə kəşfiyyat hesabatları ilə sübuta yetirilib. Hərbi hava donanmasının həyata keçirdiyi əməliyyatlarda bir çox komandirini itirən PKK-nın əsas adamlarından olan Murat Karayılan İrana, Cemil Bayık isə Suriyaya qaçıb.

Kəşfiyyat əməkdaşları həmçinin terror təşkilatında bəzi qadağaların qoyulduğunu da müəyyən edib. Belə ki, terrorçulara radiostansiyadan istifadə etmək, istifadə zərurəti yaranarsa itkilər barədə danışmaq qadağan olunub.

İyulun 20-də Şanlıurfanın Suruc rayonunda baş verən terror hadisəsini bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçirirdilər. Türkiyə hökuməti isə bu cür aksiyalara son verməsi üçün PKK və onun siyasi qolu HDP-yə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölmüş, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.