ABŞ və Britaniya kürd liderlə bağlı seçim etdi

19-08-2015, 11:31           
ABŞ və Britaniya kürd liderlə bağlı seçim etdi
ABŞ Dövlət katibinin rəsmi nümayəndəsi olan Bret Makgurk İraq Kürd Muxtar Vilayətinin lideri Məsud Bərzanini dəstəklədiyini ifadə edib. Axar.az xəbər verir ki, Makgurk bununla bağlı fikirlərini öz Tvitter səhifəsində yerləşdirib. ABŞ nümayəndəsi ilə yanaşı Böyük Britaniyanın İraqdakı səfiri Frank Beykır da Bərzanini dəstəkləyən ifadələr işlədib. O, Londonun bundan sonra da Bərzaninin yanında olacağını bildirib. Qeyd edək ki, İraq Kürd Muxtar Vilayətində son günlər Məsud Bərzaninin hakimiyyətdə qalması məsələsi yenidən gündəmi zəbt edib. Artıq muxtariyyətdə Bərzaninin getməsinə tərəfdar olan güclü qrup formalaşıb. Türkiyə mətbuatı bu qrupun arxasında İranın dayandığını bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru