Klıcdaroğluna böyük şok: - Ərdoğandan gələn sarsıdıcı mesaj

19-08-2015, 16:02           
Klıcdaroğluna böyük şok: - Ərdoğandan gələn sarsıdıcı mesaj
Türkiyə prezident Ərdoğan CHP lideri Kılıçdaroğluna hökumət qurmaq vəzifəsi verməyəcək.

Avropa.info xəbər verir ki, Türkiyəni "Sabah" qəzetinin yazdfığına görə, Ərdoğan iki aylıq bir seçim hökumətinin qurulması barədə qərar verəcək.

Dünən Ərdoğan ədəbiyyat, tarix və fikir dünyasının tanınmış ismlərini toplayaraq Türkiyədə yeni hökumətin qurulması ilə bağlı fikirlərini bölüşüb. Prezidentin təşkil etdiyi ziyafətə müxtəlif qəzet və jurnallarda araşdırma və məqalələri yer alan Mehmet Şövkət Eygi, Ərtoğrul Düzdağ, Kadır Mısıroğlu, Rasim Özdenören və digər tanınmışlar iştirak edib.

Ərdoğan yemək süfrəsindən sonra, qısa bir çıxış edib. Verilən məlumatlara görə Ərdoğan Kılıçdaroğluna hökumət qurmaq vəzifəsi verməyəcəyini deyib. Ərdoğan, seçki hökuməti barəsində də fikirlərini bildirdi. Seçki prosesinin əhəmiyyətini vurğulayan Ərdoğan, bu baxımdan sağlam seçki hökuməti qurulması lazım olduğunu vurğulayıb. Ərdoğanın "Sağlam bir seçki hökuməti ilə sağlam bir seçkiyə gedilməsini arzulayırıq" - dediyi öyrənilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.