ABŞ Türkiyəyə şərt qoydu: Güləni o zaman verəcəyik ki...

3-04-2018, 08:57           
ABŞ Türkiyəyə şərt qoydu: Güləni o zaman verəcəyik ki...
ABŞ Rusiya səfiri Andrey Karlovun ölümündə günahlandırılan FETÖ şəbəkəsinin lideri Fətullah Güləni yalnız Türkiyənin bu iş üzrə təqdim etdiyi konkret faktlar əsasında ekstradisiya edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Nikol Navas deyib.

“Biz Türkiyənin bu yöndə təqdim etdiyi istənilən materiallara baxacağıq. İstənilən qərar faktlar və ABŞ qanunvericiliyi əsasında qəbul ediləcək”, - deyə bildirilib.

Qeyd edək ki, səfir A.Karlovun öldürülməsi ilə bağlı bu gün Ankara Cümhuriyyət Prokurorluğunda aparılan məhkəmə prosesində önəmli qərar qəbul edilib.

Belə ki, məhkəmə Fətullah Gülən də daxil olmaqla, 8 FETÖ-çu haqqında həbs qərarı qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru