Noqay xalqının əyilməyən böyük şairəsi Qədriyyə (Çolpan) Temurbulatova - İmperiyanın qurbanları olan böyük KİŞİLƏR!

7-05-2018, 13:23           

Qədriyə (Kadriya) Orazbay qızı Temirbulatova (14.12.1949, Dağıstan Respublikası Tepekli Məktəb30.06.1979). Gənc yaşlarında faciəli ölümü ilə noqay xalqının yaddaşında dərin iz buraxmışdır. Çoban ailəsində doğulan Qədriyyə kəndlərindəki orta məktəbi bitirdikdən sonra, 1965-ci ildə Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstituPDF created with pdfFactory Pro trial version www.pdffactory.com 217 tunun filologiya fakültəsinə daxil olmuşdur. “Şöllük mayakı” (Çöllük mayakı) adlı rayon qəzetində çap olunan ilk şeiri Da- ğıstan Yazıçılar İttifaqının diqqətini çəkmişdir. “Komsomolets Daqestana”, “Daqestanskaya Pravda”, qumuq türkcəsində çap olunan “Lenin yolu” qəzetlərində, qumuq türkcəsində çıxan “Dostluq” jurnalında müntəzəm şeir və məqalələrini nəşr etdirən Qədriyəni üçüncü kursdan sonra avar şairi Rəsul Həmzə- tovun zəmanəti ilə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa göndəriblər. Ədəbiyyat İnstitutunun tələbəsi ikən onu SSRİ Yazıçılar İttifaqına üzv qəbul edirlər və Moskva qəzetlərində çap olunma- ğa başlayır. İlk qələm təcrübələri olan “Qumlu tastar şöllüqim”, alleqorik “Gələ zaman”, “Men tuvqanda”(Mən doğulanda) şeirləri ədəbiyyata xalqını ürəkdən sevən, onun tarixinə və ənənəsinə bağlı istedadlı bir gəncin gəldiyindən xəbər vermişdir. Doğma kəndinə həsr etdiyi “Tereklidə (Dirəkli) üç gün”, “Menim xalkıma”, “Ayıtdılar” (Dedilər), “Güclü yellər əsdilər çölümdə”, “Amzatxanqa”, “Almirağa” və b. şeirində noqay ədəbiyyatına gətirdiyi yeni ifadə vasitələri ilə seçilirdi. O, şeiri şüarçılıqdan uzaqlaşdıraraq poeziyaya klassik Doğu şeirində olduğu kimi dərin fəlsəfi məna vermək istəyirdi. 1971-ci ildə Mahaçqalada ilk şeirlər toplusu olan “Tav danıldan baslanadı” (Dağ düzənlikdən başlanır) nəşr edilir. İki il sonra isə Qədriyə Temirbulatovanın “Yaslık yırları” (Gənclik nəğmələri), “Tav danıldan baslanadı”, “Ayındırık yarıqı” (İldı- rım işığı) və “Yatlablar” (Şeirlər) adlı kitabları çap olunur. (Suyunova N., 2006: 240) Bu milli azlıqlardan olan gənc bir şair üçün olduqca böyük bir uğur idi. 1975-ci ildə isə Moskvadakı “Molodoy qvardiya” nəşriyyatı Qədriyənin rus dilinə çevrilmiş “Ulıbka lunı” (Ayın təbəssü- PDF created with pdfFactory Pro trial version www.pdffactory.com 218 mü) kitabını nəşr edir. Məşhur malkar şairi Qaysın Quliyevin ön söz yazdığı bu kitab müəllifinə böyük uğur qazandırır. Kitabın birinci nüsxəsi gənc şairə Moskvada Gənc Yazıçıların VI Ümumittifaq müşavirəsində təqdim olunur və Dağıstan Komsomolu Mükafatına layiq görülür. Qamzat Acıgəldiyevin ana dilində yazdığı şeirləri rus dilinə çevirməklə onu daha geniş aidutoriyada təbliğ etməyə çalış- mışdır. 1978-ci ildə Moskvada SSRİ Yazıçılarının qurultayında və Daşkənddə Asiya Afrika Ölkələri şairlərinin forumunda iştirak edən, Mahaçqalada ana dilində “Xayran”(Heyran) kitabı çap olunan Qədriyə həmin ilin iyulunda Kubanın paytaxtı Havanada keçiriləcək XI Ümumdünya Gənclər Festivalına hazırlaşır. Lakin bu ona nəsib olmur. İyun ayının 30-da, gündüz onun öldürüldükdən sonra yandırılmış meyidini öz evində tapırlar (Suyunova N., 2006:239-241). Qədriyənin şeirləri “Əsmə saxlan” və “Peşiman yırları” kitablarında toplanmışdır (Suyunova N.X., 2003:235-243).
Müstəqiııik illərində araşdırmaçılar Qədriyyənin KQB tərəfindən öldürüldüyünü aydınlaşdırdılar. İllər boyu noqayxalqının bu əyilməz böyük qızını rus imperialistləri və komunist ideoloqları susdurmaq istəsələrdə sudura,rejimə qul edə biləməmişdilər.Axırda belə bir cəllad üsülüna əl atdılar! Türk millətinin ayrılmaz hissəsi olan noqay xalqı Qədriyəni (Çolpan) unutmadı!!
teref.az
Nurəddin Xoca












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.