ABŞ bizi qoyub YPG ilə anlaşdı – Türkiyə

29-07-2018, 09:15           
ABŞ bizi qoyub YPG ilə anlaşdı – Türkiyə
ABŞ-ın Türkiyənin ünvanına səsləndirdiyi təhdidlər iki ölkənin münasibətlərinə yalnız zərər verir.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalının “Deyli Sabah” qəzetindəki məqaləsində yer alıb.

“ABŞ Prezidenti Donald Tramp Rəcəb Tayyib Ərdoğan və Türkiyə ilə xoş münasibətləri dəstəkləmək istəyir. Şübhəsiz ki, əgər bu münasibətlər qarşılıqlı hörmət və maraq əsasında inkişaf etsə, effektiv olacaq. Türkiyənin ünvanına təhdidlər yalnız iki ölkənin münasibətlərinə zərər verəcək. ABŞ-ın fəaliyyəti son illər Türkiyə hökuməti ilə bərabər Türkiyə ictimaiyyətinin də Vaşinqtona etibarının azalmasına səbəb olub” – deyə o bildirib.

Qalın Türkiyənin İŞİD-lə mübarizə üçün ABŞ-a İncirlik bazasını təqdim etdiyini, amma ABŞ-ın buna rəğmən Rakka əməliyyatında Türkiyə ordusu yerinə YPG-dən yararlandığını deyib:

“Vaşinqton YPG ilə imzalanan razılaşmanın müvəqqəti xarakter daşıdığını deyərək özünə haqq qazandırmağa çalışdı. Lakin bu plan keçən il Tramp administrasiyası tərəfindən yenidən təsdiqləndi. Doğrudur ki, Tramp administrasiyası ABŞ ordusunun Mərkəzi Komandanlığının strategiyasından uzaqlaşmağa çalışır. Bu kontekstdə YPG terrorçularının Menbiçdən çıxarılması üçün yol xəritəsi hazırlandı, amma ABŞ-ın siyasətində konkret dəyişikliklər olmadı”.

Onun sözlərinə görə, son zamanlar Əsəd rejimi ilə aktiv danışıqlara başlayan YPG ilə ABŞ-ın əlaqələri kəsilməlidir. Qalının fikrincə, əgər ABŞ Türkiyəni narahat edən məsələlərə anlayışla yanaşsa, o zaman həddən artıq pisləşmiş Türkiyə-ABŞ münasibətlərini xilas etmək mümkün olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.