Akşenerin müavini “Liderimiz Bahçeli” dedi-NARAZILIQ

29-07-2018, 11:28           
Akşenerin müavini “Liderimiz Bahçeli” dedi-NARAZILIQ
İyi Partiyanın bir qrup fəalı Meral Akşenerlə görüşərək ondan partiya liderliyinə geri dönməyi istəyib.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə İyi Partiyanın əsas simalarından biri Koray Aydın da olub. Görüşdən sonra partiya fəallarına verdiyi açıqlamada Koray Aydının ehtiyatsız sözləri böyük narazılıq yaradıb.

Həyətdə toplaşmış İyi Partiya fəallarına Akşenerin sədr postuna geri dönəcəyini müjdələyən Aydın yanlışlıqla “Liderimiz sayın Baçeli” ifadəsini işlədib. Onun bu sözləri partiya fəallarının narazılığına səbəb olub. Qeyd edək ki, Meral Akşener İyi Partiyanın fövqəladə qurultayında sədrliyə namizəd olmayacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru