Türkiyə 1 ay sonra hər kəsi öldürən sirli “CƏHƏNNƏM QAPISI”NI AÇIR - FOTO

30-07-2018, 00:42           
Türkiyə 1 ay sonra hər kəsi öldürən sirli “CƏHƏNNƏM QAPISI”NI AÇIR - FOTO
YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olan Pamukkale Hierapolis Antik şəhərində (Müqəddəs şəhər”) 2013-cü ildə gün üzünə çıxarılan və antik mənbələrdə “ölülər ölkəsinə keçid qapısı” adlandırılan “Plutonium” (“cəhənnəm qapısı”) sentyabrda ziyarətə açılacaq.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, araşdırmalardan sonra sirri açılan “cəhənnəm qapısı”nda bərpa işləri son mərhələyə gəlib.

Eramızdan əvvəl 2-ci əsrdə Bərqama kralı Eumenes tərəfindən tikilən Hierapolisdə italyan arxeoloqlar tərəfindən 1957-ci ildə başladılan qazıntılar nəticəsində bir çox əhəmiyyətli tarixi abidə siyahıya alınaraq ziyarətçilərin üzünə açılıb.

Antik coğrafiyaçı Strabonun verdiyi məlumata görə, Hierapolisdəki termal suların mənbəyi olan mağaradan çıxan qaz oraya yaxınlaşan canlıları öldürürdü. Buna görə də mağara mifologiyada yeraltı dünyanın hökmdarı hesab olunan Plutonun “cəhənnəm qapısı” olaraq qəbul edilir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru