Türkiyədə həbs edilən Adnan Oktara aid saytlara giriş dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin İstanbul şəhərinin 10-cu Sülh Cəza Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, A.Oktara məxsus 121 internet saytının fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində A.Oktarla yanaşı 168 nəfər də yaxalanıb. O, FETÖ və PKK adına casusluq etməkdə, qadınlara qarşı cinsi istismarda ittiham edilir.