Azərbaycanlıların etirazı: - Nazir geri addım atdı, ancaq...

31-07-2018, 17:50           
Azərbaycanlıların etirazı: - Nazir geri addım atdı, ancaq...
İranın Təhsil naziri Məhəmməd Bəthayi yenidən qeyri-fars dillərinin tədrisinin təhlükəli olduğunu vurğulayan fikirlər səsləndirib.

Axar.az xəbər verir ki, qeyri-fars dillərinin məktəblərdə tədris olunması təklifini rədd edən M.Bəthayi deyib:

“Ölkə Konstitusiyasına əsasən ikidilli məktəblərdə bütün dərslər rəsmi dildə keçirilməlidir. Lakin təhsil prosesində yerli dillərin əhəmiyyətini də unutmaq olmaz”.

Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərinin İran parlamentindəki millət vəkili Tağı Kəbiri İranın Təhsil naziri Məhəmməd Bəthayinin İranda şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğu barədə səsləndirdiyi fikirlərinə görə üzr istəməli olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru