Türkiyədə elektrik və təbii qazın qiyməti qalxdı

1-08-2018, 08:18           
Türkiyədə elektrik və təbii qazın qiyməti qalxdı
Türkiyədə elektrik və təbii qazın qiyməti qalxıb.



Musavat.com-un məlumatına görə, yeni qiymətlər avqustun 1-dən hesablanır. Məlumatda qeyd edilir ki, elektrik enerjisinin qiyməti yaşayış məkanlarında 9 faiz, ticarət obyektlərində isə 14 faiz artıb.



Təbii qazın qiymətində də artım evlərdə 9, iş yerlərində 14 faiz təşkil edib. BOTAŞ-dan (Boru Xətləri və Neftdaşıma Qapalı Səhmdar Cəmiyyəti) verilən açıqlamada qeyd olunur ki, son iki ildə Brent neftinin qiyməti 100 faiz, dolların kursu isə 63 faiz artıb. Bu səbəbdən kommunal xidmətlərdə qiymət artırmaq zərurəti yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru