ABŞ türkiyəli nazirlərə qarşı sanksiyalar tətbiq etdi
1-08-2018, 23:00
ABŞ Maliyyə Nazirliyi amerikalı pastor Endrü Bransonun işi ilə əlaqədar Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edib. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
“Prezidentin göstərişinə əsasən, Maliyyə Nazirliyi pastor Bransonun saxlanılmasında və həbsində aparıcı rol oynamış Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edib”, - Sanders brifinqdə deyib.
O qeyd edib ki, nazirlərin ABŞ-ın yurisdiksiyasına olan bütün hesabları və aktivləri dondurulub.
* * *21:13
ABŞ Türkiyənin fiziki və hüquqi şəxslərinə qarşı sanksiya hazırlayır.
TASS xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Sanksiyalar Donald Tramp administrasiyasının qərarı ilə Türkiyə hakimiyyəti tərəfindən ABŞ vətəndaşları və bu ölkənin diplomatik missiyasının əməkdaşlarına qarşı cinayət təqibi səbəbindən tətbiq oluna bilər.
Qadağalar Rusiya təşkilatlarına, şirkətlərə və iş adamlarına qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər modelinə uyğun olaraq hazırlanıb.