Rusiya təyyarəsi faciədən son anda xilas oldu

3-08-2018, 07:45           
Rusiya təyyarəsi faciədən son anda xilas oldu
Rusiya təyyarəsi Türkiyə hava məkanında təsbit edilməyən bir təyyarə ilə qarşılaşıb.

ONN media xəbər verir ki, rus pilotun peşəkarlığı sayəsində təyyarələr göydə toqquşmaqdan xilas olublar.

Hadisə rusiyalı turistləri Antalyadan Rusiyaya aparanda baş verib. Türkiyə hava məkanında baş verən hadisədə rusiyalı pilot qarşılaşdığı təyyarə ilə əlaqə qurmağa çalışıb. Həmin təyyarə pilotu cavab vermədiyindən radio siqnalları işə salıb, amma yenə də təyyarədən cavab verilməyib. Bu zaman o, ani bir manevr ilə təyyarənin uçduğu hündürlüyü artırıb. Pilotin çevikliyi nəticəsində təyyarələr toqquşmaqdan xilas olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru