Suriya gəmisi 6 il sonra İstanbul boğazında - Foto
4-08-2018, 08:16
Ötən gün axşam saatlarında Suriyaya məxsus gəmi 6 il sonra İstanbul boğazından keçib.
Axar.az xəbər verir ki, yük gəmisi Qara dənizə daxil olaraq Rusiyaya doğru üz tutub. 2 saata keçidini başa vuran yük gəmisi Rusiyanın "Qafqaz" limanına yan alacaq.
Qeyd edək ki, sonuncu dəfə 2012-ci ildə Suriyaya məxsus gəmi İstanbul boğazına yan almışdı.