Bolqarıstan mafiya lideri İstanbulda həbs edildi

5-08-2018, 12:01           
Bolqarıstan mafiya lideri İstanbulda həbs edildi
İnterpollun qırmızı xətlə axtardığı bolqar mafiyasının lideri Dmitar Zelyazkov Türkiyədə həbs edilib.

Teleqraf.com xəbər verir ki, bolqar mafiya babası həbs edilərkən yanında sevgilisi və 6 nəfər yaxın adamı olub.

Məlumata görə, mafiya babasının İstanbulda olduğuna dair kəşfiyyat informasiyaya əldə edilib. Bundan sonra bəlli olub ki, mafiya babası Bakırköydə yerləşən otellərin birində qalır. Polis Dmitar Zelyazkov müşahidə altına alıb və həbs edib.

Dmitar Zelyazkov məhkəməyə çıxarmaq üçün istintaq orqanına aparılıb. Onun sevgilisi və yanında olan 6 nəfər isə Bolqarıstana deportasiya edilib. Deportasiya edilən bu şəxslərin hamısını Bolqarıstan polisi həbs edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru