Türkiyə ilə ABŞ arasında diplomatik müharibəyə səbəb olan rahib əslində kimdir?

5-08-2018, 19:24           
Türkiyə ilə ABŞ arasında diplomatik müharibəyə səbəb olan rahib əslində kimdir?
Türkiyə ilə ABŞ arasında diplomatik böhrana və Türkiyənin iki nazirinin maliyyə sanksiyasına məruz qalmasına səbəb olan amerikalı rahib Endryu Kreyq Branson haqqında şok iddia yayılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, özünü din xadimi kimi təqdim edən Bransonun daha öncə ABŞ Xüsusi Qüvvələrində və Pentaqonda işlədiyi üzə çıxıb.

Təhlükəsizlik və terror mütəxəssisi Coşqun Başbuğ rahibin Mərkəzi Kəşfiyyatı İdarəsində uğurlu fəaliyyətindən dolayı Türkiyəyə agent kimi göndərildiyini bildirib. İddiaya görə, Branson din xadimi obrazında Amerikanın Türkiyədəki “qara qutu”su təyin edilib. Mütəxəssisin fikrincə, bu “qara qutu” oxunarsa, Amerikanın Türkiyə ilə bağlı bütün çirkli planları ortaya çıxacaq.

Qeyd edək ki, Endryu Branson 2016-cı ildə Türkiyənin İzmir şəhərində həbs edilib. Ona mütəşəkkil dəstəyə üzv olmaq və bu təşkilat adına cinayət işlətmək ittihamı ilə 15, dövlətin gizli bilgilərini sızdırmaq ittihamı ilə 20 il həbs cəzası tələb edilib. Məhkəmənin qərarı ilə o, “ev dustağı” cəzasına məhkum olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru