Azərbaycanlılar Savalanda: etiraz və tələb - Foto

5-08-2018, 22:22           
Azərbaycanlılar Savalanda: etiraz və tələb - Foto
Bir qrup güneyli milli-mədəni fəal, azərbaycanlı siyasi məhbusların azadlığını tələb etmək məqsədi ilə Savalan dağı zirvəsinə çıxıb.

Axar.az xəbər verir ki, siyasi məhbusların qeyd-şərtsiz sərbəst buraxılmasını istəyən fəallar “Azadlıq uğrunda dustağa düşən igidlərimizə azadlıq” yazılmış banner nümayiş etdiriblər.

Bannerin aşağı hissəsində “Bayrağı ucalarda qalmaq istəyən hər hərəkət, dustaqlardakı bayraqlarına arxa durub, onları uca tutmalıdır” sözü yazılıb.

Bannerdə Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə həbs olunan Lətif Həsəni, Siyamək Mirzayi, Kiyumərs İslami və İbrahim Nurinin görüntüləri də əks olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru