Müharrem İncə CHP rəhbərliyinin üzərinə açıq hücuma keçdi:"Utanılası vəziyyət yaradıbsız, artıq geridönülməz nöqtədəyik"

6-08-2018, 00:19           
Müharrem İncə CHP rəhbərliyinin üzərinə açıq hücuma keçdi:"Utanılası vəziyyət yaradıbsız, artıq geridönülməz nöqtədəyik"
“CHP növbədənkənar qurultayla bağlı imzatoplama mərhələsini çoxdan aşıb, yetərli imzanın toplanıb-toplanmamasından aslı olmayaraq, təcili qurultay keçirilməlidir”.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu sözləri CHP-nin prezidentliyə keçmiş namizədi və hazırda partiyadakı müxalif düşərgənin lideri olan Müharrem İncə deyib.

Onun sözlərinə görə, partiya bir an belə gözləməməlidir: “Ortada bir gerçəkilik var. 630 imzanın toplanıb-toplanmamasının artıq əhəmiyyəti yoxdur, ortada olan durumu real qavramaq lazımdır. Artıq CHP geridönülməz nöqtədədir. Partiya təcili yenilənməlidir, xalqla tam və yeni etimadı bərpa etməlidir”.

İncə partiyanın hazırkı rəhbərliyinin tutduğu mövqeni də kəskin tənqid edib: “Partiya rəhbəırliyinin imzatoplanma mərhələsində göstərdiyi mövqe, nə yazıq ki, utanılacaq bir durum ortaya çıxarıb. Bu, öz partiyasına, seçicisinə və xalqına yad bir yanaşmadır”.

İncə deyib ki, qarşıda bələdiyyə seçkisi var: “Qarşıda bizi sürətlə hazırlaşmalı olduğumuz bələdiyyə seçkisi gözləyir. CHP isə belə qeyri-ciddi anlayışla seçkiyə gedir, bunun da nəticəsini indidən təxmin etmək çətin deyil. 24 iyun seçkisindən ta bu günədək davamlı bunu xatırladıram. Lakin dəyişiklik istəməyən və buna mane olanlar hələ də bunu qavramır. Halbuki bunu görmək üçün evinizdən küçələrə çıxıb, istənilən insana soruşmaqla görmək olar. CHP rəhbərliyinin də işi, vəzifəsi bunları görməkdir. Siyasət xalqa qarşı olmamalıdır. Partiya o zaman uğur qazanar ki, xalqla birlikdə hərəkət edər, onun səsini eşidər və bununla uğur qazana bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.