Yaş salfet paketindən 18 min dollar çıxdı

6-08-2018, 23:51           
Yaş salfet paketindən 18 min dollar çıxdı
Ölkəsinə qayıdan Türkiyə vətəndaşı 20 min dollara yaxın pulu bəyan etmədən aparmaq istəyərkən saxlanılıb.

"Qafqazinfo”nun Gömrük Komitəsində istinadən verdiyi xəbərə görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşının çamadanı rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və sorğu-sual olunub.

O, üzərində və çamadanında gömrük orqanına bəyan edilməli hər hansı əşyanın olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, sərnişinin pulqabında 1700 ABŞ dolları, çamadandakı şəxsi əşyaların arasında olan yaş salfet paketinin içərisində isə 17700 ABŞ dolları aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru