Türkiyə İrandan qaz almağı davam etdirəcək – ABŞ sanksiyalarına baxmayaraq…

8-08-2018, 23:42           
Türkiyə İrandan qaz almağı davam etdirəcək – ABŞ sanksiyalarına baxmayaraq…
Qardaş ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyalarına baxmayaraq, Türkiyə əvvəlki kimi İrandan qaz almaqda davam edəcək.

Avqustun 6-dan 7-nə keçən gecə ABŞ İrana qarşı sanksiyaların birinci paketini bərpa edib, bunun yekun mərhələsi isə noyabrda qüvvəyə minəcək və neft ixracına qadağa qoyacaq.

«Bizim üçün enerji təhlükəsizliyi çox əhəmiyyətlidir. Bizim İranla qaz kontraktımız var, onun fəaliyyət müddəti 2026-cı ilə qədərdir. Həmin kontrakt əsasında biz, hər il 9,5 milyard kubmetr qaz alırıq. Nə qədər ki, bizim öz vətəndaşlarımızı soyuqda və işıqsız qoymaq fikrimiz yoxdur, o qədər də kontraktın reallaşdırılması davam edəcək» – deyə, Dönməz «A Haber» telekanalına müsahibsində bəyan edib.

O, əlavə edib ki, ABŞ-ın İrana qarşı sanksiya qərarı birtərəflidir, Türkiyə isə qanuni ticarətlə məşğuldur.
Azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru