Türkiyədə dollar satışı dayandırıldı –Lirə ucuzlaşmaqda davam edir

11-08-2018, 00:07           
Türkiyədə dollar satışı dayandırıldı –Lirə ucuzlaşmaqda davam edir
Bu gün Türkiyənin yeni tarixində görünməmiş valyuta təlatümü ilə yadda qaldı.

Teref.az Modern.az-a istinadən xəbər verir ki, günə 5,55 TL məzənnəsi ilə başlayan ABŞ dolları artıq ilk saatlarda birjalarda əsl təşvişə səbəb olub. Cəmi bir neçə saat ərzində dollar 6 TL səviyyəsini keçib.

Maraqlıdır ki, ölkənin maliyyə naziri Berat Albayrakın Türkiyənin yeni iqtisadi modelini təqdim etdiyi dəqiqələrdə birjada ABŞ valyutası tarixi rekorda imza atıb – 6,83 TL. Daha sonra Amerika dolları bir qədər geriləyib və hazırda 6,41 TL səviyyəsindədir.

Qeyd edək ki, axşam saatlarından isə dollar satışı dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru