ABŞ-ın Türkiyəyə inanılmaz - 8 şərti

12-08-2018, 10:54           
ABŞ-ın Türkiyəyə inanılmaz - 8 şərti
ABŞ Türkiyə ilə münasibətlərin nizama salınması üçün 8 şərt irəli sürüb.

Axar.az Taymtürk-ə istinadən xəbər verir ki, ABŞ-ın irəli sürdüyü şərtləri Türkiyənin qəbul etməsi demək olar ki, mümkünsüzdür.

Qeyd edilir ki, bir növ ABŞ Türkiyədən ölkənin "açarını" təhvil verməyi tələb edib. Sözügedən həmin ağır şərtlər aşağıdakı kimidir:

1. Keşiş Endryu Branson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 nəfər azad edilməlidir. 15 avqusta qədər Bransonun azadlığa buraxılması üçün Ankaraya vaxt verilib.

2. Türkiyə əhatəli şəkildə İrana sanksiya tətbiq etməlidir.

3. Rusiyadan S-400 havadan müdafiə sisteminin alınmasından imtina edilməlidir.

4. Ankara Qüds siyasətinə yenidən baxmalıdır.

5. Kipr adası ətrafında qaz və neft axtarışından imtina edilməlidir.

6. "Xalqbank"a tətbiq ediləcək cəzaya razı olmalıdır.

7. Ankara Fətullah Gülənin ekstradisiyasını tələb edən dosyeni bağlamalıdır.

8. Türkiyə sahib olduğu önəmli mədənlərdə lisenziyaları ABŞ şirkətlərinə verməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru