Türkiyə NATO-nu tərk edə bilər - 10 generalın hesabatı

15-08-2018, 08:29           
Türkiyə NATO-nu tərk edə bilər - 10 generalın hesabatı
Türkiyə bu ilin sonunda NATO-nu tərk edə bilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Təhlükəsizlik Akademiyasının ehtiyatda olan 10 generala hazırlatdırdığı hesabatda bildirilib.

Hesabat general Ceyms Marks və keçmiş hərbi kəşfiyyat zabiti Raçel Vaşbörnün rəhbərliyi ilə hazırlanıb və bunun üçün onlar 6 ay vaxt sərf ediblər.

Hesabatda əsas fikirlər aşağıdakı şəkildə sıralanıb:

1. Ərdoğan seçkidə qalib gəldi və hakimiyyətini möhkəmləndirməyə davam edəcək.

2. Türkiyə getdikcə dünyəvilikdən uzaqlaşır və Rusiya ilə müttəfiq olur.

3. Türkiyənin NATO-ya üzvlüyü artıq zəmanət altında deyil.

Hesabatda qeyd edilir ki, Türkiyənin İranla əlaqələrinin güclənməsi də ABŞ-ı narahat edir. Türkiyə, Rusiya və İranın Suriyada nüfuzunu artırmaq üçün bir-biri ilə mübarizə aparması bu üç ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirib. Son 6 ayda Türkiyə ilə ABŞ-ın münasibətləri daha da gərginləşib. İlin sonunda Türkiyənin alyansı tərk edəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru