Ərdoğan fərman verdi: Türkiyədən sərt şillə - ABŞ məhsulları...

15-08-2018, 09:57           
Ərdoğan fərman verdi: Türkiyədən sərt şillə - ABŞ məhsulları...
Türkiyə ABŞ-dan idxal olunan bəzi məhsullarla bağlı əlavə vergi rüsumunu artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.

Beləliklə, ABŞ-dan idxal olunan qoz-fındıq 20, düyü 50, spirtli içkilərin dərəcəsindən asılı olaraq vergi rüsumu 80-140 faiz qaldırılıb.

Eyni zamanda tütün məmulatlarının əlavə vergi rüsumu 60 faiz artırılıb.

Daş kömürdən əldə edilən məhsullara 13,7, kosmetik vasitələrin vergisi 60, plastik əşyalar 39,1, əl istehsalı olan kardon və kağızlar 20, minik avtomobilləri, insan daşımaq üçün nəzərdə tutulan digər motorlu daşınma vasitələrin əlavə gömrük rüsumu 120 faiz qaldırılıb.

Siyahıda əlavə vergi rüsumu tətbiq edilən digər ABŞ məhsulları da var.

Bu qərardan 45 gün sonra müvafiq prosedur hazırlanacaq və qərar icraya yönəldiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru