Türkiyəyə 15 milyard dollarlıq sürpriz - qardaş ölkə böhrandan ÇIXIR

15-08-2018, 20:31           
Türkiyəyə 15 milyard dollarlıq sürpriz - qardaş ölkə böhrandan ÇIXIR
ürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə işgüzar səfərə gələn Qətər əmiri Şeyx Temim bin Hamed Al Sani ilə görüşüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli əlaqələr, eləcə də bölgənin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Qətər Əmiri ölkəsinin Türkiyəyə 15 milyard dollarlıq investisiya yatırılacağını Türkiyə prezidentinin nəzərinə çatdırıb.

Görüşdə, həmçinin dövlətlər arasında olan iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində gələcəkdə atılacaq addımlar da müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru