Ərdoğanla Merkel telefonda danışdı –ABŞ-ın Türkiyəyə sanksiyası müzakirə olunub
16-08-2018, 07:30
Bu gün Türkiyə prezidenti Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ölkə lideri ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyadan sonra yaranmış vəziyyəti müzakirə ediblər.
Qərara alıblar ki, hər iki ölkənin maliyyə nazirləri vəziyyətdən çıxış yollarını tapmaq üçün tezliklə görüşsünlər.