ABŞ çaşbaş vəziyyətdə: Lirə dəyər qazanır, dollar isə...

17-08-2018, 09:11           
ABŞ çaşbaş vəziyyətdə: Lirə dəyər qazanır, dollar isə...
Türkiyəni müdafiə edən ölkələrin sayının artması müsbət haldır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Türkiyənin hazırkı çətin vəziyyətdən xilas olacağına inamını ifadə edib:

“ABŞ nə müttəfiqlərinə, nə də rəqiblərinə məhəl qoyur və sanki hər kəsə bir müharibə meydanı açıb. Xüsusilə də Türkiyə məsələsində ABŞ-ın haqsızlıq etdiyi göz qabağındadır. Dünənə qədər rahib Bransonu tələb edən ABŞ indi tələblərini bir az da yuxarı qaldırıb və yenilərini irəli sürür. Bütün bunlar onu göstərir ki, ABŞ-ın məqsədi Türkiyəni sarsıtmaqdır. Ancaq müsbət haldır ki, Türkiyəni müdafiə edən ölkələrin sayı artır. Rusiya, Çin, Almaniya, bəzi ərəb ölkələri, xüsusilə isə Qətərin mövqeyi təqdirəlayiqdir. Qətər Türkiyə iqtisadiyyatına 15 milyard dollar sərmayə yatırıb. Zənnimcə, bu, Türkiyə iqtisadiyyatını xeyli sakitləşdirəcək və lirənin ucuzlaşmasının qarşısını alacaq. Artıq indidən lirə dəyər qazanmağa başlayıb. Beləliklə, ABŞ-ın sərmayə bazarlarında dolların düşmə meyilləri müşahidə edilir. Təbii ki, belə olan halda ABŞ çaşbaş vəziyyətdə qalıb. Görünən odur ki, Trampın xaos diplomatiyası artıq lazımı nəticəni vermir”.

Politoloqun fikrincə, ABŞ-ın Türkiyə və digər ölkələrə qarşı tətbiq etdiyi sanksiyalar artıq bumeranq effekti verir:

“Bu, çox təhlükəli tendensiyadır. Yəqin ki, ABŞ-da bu vəziyyətə nəzarətə edən qurumlar bundan nəticə çıxaracaq və ən azından daha ölçülü siyasət yürüdəcəklər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.