Ölkədə saat 21:00-dan sonra araq satılması qadağan edildi...
17-08-2018, 19:11
Özbəkistanın baş naziri Abdulla Aripov axşam saatlarında spirli içkilərin satışına məhdudiyyət qoyulmasıyla bağlı müvafiq qurumlara tapşırıq verib.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, qərara əsasən əhaliyə gecə saat 21:00-dan, ictimai iaşə müəssisələrinə isə saat 22:00-dan sonra araq, pivə, konyak, çaxır və s. alkoqollu içkilər satılmayacaq. Qaydaya əməl etməyən ticarət müəssisələrinin lisenziyası geri alınacaq.