ETTELAAT-dan azərbaycanlıya təklif: Əgər razılaşsan...

20-08-2018, 08:05           
ETTELAAT-dan azərbaycanlıya təklif: Əgər razılaşsan...
Azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami və onun ailə üzvləri Parsabad şəhərinin ETTELAAT İdarəsi tərəfindən təhdid və təzyiqlərə məruz qalır.

Axar.az xəbər verir ki, bu barədə güneyli fəallar bildiriblər. Məlumata görə, fəala zəng edən ETTELAAT əməkdaşları onu bir neçə dəfə idarəyə çağırıb, mədəni fəaliyyətlərindən uzaqlaşmasını, təşkilatla əməkdaşlıq etməsini istəyiblər.

Ona və ailəsinə bildirilib ki, yalnız bu şəkildə Babək qalası mərasimi ilə bağlı baxılmaqda olan dosyeni bağlamaq mümkündür.

Qeyd edək ki, Parsabad sakini K.İslami iyulun 3-ü Babək qalası yürüşü ərəfəsində öz evində təhlükəsizlik qüvvələri tərəfindən tutulub. O, təxminən 40 gün saxlandıqdan sonra 120 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru