Ödənişli əsgərlik üçün 357 mindən çox müraciət

20-08-2018, 08:07           
Ödənişli əsgərlik üçün 357 mindən çox müraciət
Türkiyədə ödənişli əsgərlik üçün avqustun 17-dək 357 min 350 çağırışçı müraciət edib.

Teleqraf.com xəbər verir ki, 61 min 843 nəfərin müraciətinə müsbət cavab verilib.

Sentyabrın 15-də bu çağırışçılardan 12 min nəfəri hərbi hissələrdə təlimə başlayacaq.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin ödənişli əsgərliklə bağlı qəbul etdiyi qanun iyulun 25-də qüvvəyə minib. Qanuna əsasən, çağırışçılar 15 min Türkiyə lirəsi (hazırkı məzənnə ilə təxminən 2500 ABŞ dolları) ödəyib 30 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru