ABŞ-ın Ankaradakı səfirliyini atəşə tutanların bütün əlaqələri araşdırılır –Səfirlik xüsusi bəyanat yaydı

21-08-2018, 07:22           
ABŞ-ın Ankaradakı səfirliyini atəşə tutanların bütün əlaqələri araşdırılır –Səfirlik xüsusi bəyanat yaydı
Türkiyə hüquq-mühafizə orqanları ABŞ-ın Ankaradakı səfirliyini atəşə tutmaqda təqsirli bilinən iki nəfəri saxlayıb.

Teref.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan Əhməd Çelikten və Osman Gündeş ilkin ifadələrində təqsirlərini etiraf ediblər.

Xəbər verildiyinə görə, hazırda saxlanılan şəxslərin ətrafında geniş əməliyyat-istintaq tədbirləri davam edir, onların bütün əlaqələri gözdən keçirilir.

Səfirliyi atəşə tutanlar maşının nömrəsinin kameralara düşməməsi üçün led işıqlandırma sistemindən istifadə ediblər.

Həbsdən və ilkin açıqlamadan dərhal sonra ABŞ-ın Ankaradakı səfirliyi bəyanatla çıxış edib.

Səfirlik hadisəni törədənlərin operativ və peşəkarcasına həbs edilməsini təqdir edib: “Biz buna görə Türkiyə hökumətinə və hüquq-mühafizə orqanlarına minnədarıq”.

Qeyd etm\k lazımdır ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu təxribat xarakterli hadisəni şiddətlə qınadıqları bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru