Türkiyədə 7 mindən çox qəssab xəstəxanalıq oldu: Qurban kəsimi zamanı

22-08-2018, 11:14           
Türkiyədə 7 mindən çox qəssab xəstəxanalıq oldu: Qurban kəsimi zamanı
Qurban bayramını qeyd etməyə başlayan Türkiyədə qurban kəsimləri zamanı bir çox hadisə baş verib.

Teref.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, müxtəlif şəhərələrdə iribuynuzlu heyvanların ağır zərbələrinə məruz qalan 7088 qəssab xəstəxanalıq olub.

Belə hadisələr daha çox (1226 dəfə) İstanbulda yaşanıb. Ankarada 603, Adanada 236, Ərzurumda 227 qəssab də xəsarət alıb.

Həmçinin qəssablar ehtiyatsızlıqdan öz əl, qol və ayaqlarını da kəsiblər.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı 22 və 23 avqust tarixlərində qeyd olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru