Qəndildəkilərin təşvişi ratsiya danışıqlarında: “CƏSƏDLƏRİ UÇURUMDAN ATIN!”
29-08-2018, 15:54
Son 18 ay ərzində 8 249 (onlardan 4570 nəfəri Afrin əməliyyatı zamanı) terrorçunun zərərsizləşdirməsindən sonra terrorçuların başçısı Murat Karayılan ratsiya vasitəsilə təşkilatın itkilərinin gizlədilməsi barəsində təlimat verib: “Nə bahasına olursa-olsun, ölüləri gizlədin. Ölülərin əsgərlərin əlinə keçməsinə imkan verilməməlidir”.
Güclü tələfat verən terror təşkilatının Qəndildəki başçıları terrorçu qruplar arasında ruh düşkünlüyünün qarşısını almaq üçün öldürülən terrorçuları və saylarını gizlətməyi qərara alıb.
Türkiyənin kəşfiyyat əməkdaşlarının hazırladıqları hesabata görə, Karayılan əməliyyatlarda öldürülən terrorçuların nəşlərinin gizlədilməsi əmrini verib. Hesabatda deyilir ki, Afrindəki “Zeytun budağı” əməliyyatı zamanı öldürülən terrorçular kütləvi şəkildə çuxurlarda gizlədilib. Onlar bu taktikadan Türkiyə daxilində də istifadə eləməyi qərara alıblar.
Hesabata görə, ötən çərşənbə axşamı gecəsi “Rojhat” ratsiya kodu ilə danışan Murat Karayılan İraqın şimalındakı və Türkiyə sərhədindəki terrorçu qruplara aşağıdkı təlimatı verib: “Sizə qəti göstərişimdir: meydanınızdakı ölülərin əsgərlərin əlinə keçməsinin qarşısını alın. Basdırın, uçurumdan atın, qaya oyuqlarına yerləşdirin, daşların altında, mağaralarda, meşələrdə basdırın. Cəsədləri ortada buraxmayın”.
Hurriyyet.org