FETÖ-çuya “qəhrəman” deyən agentə mükafat verildi

29-08-2018, 17:06           
FETÖ-çuya “qəhrəman” deyən agentə mükafat verildi
ABŞ-da Türkiyə əleyhinə mövqeyi ilə tanınan Demokratiyaları Müdafiə Fondu Məhməd Hakan Atillanın məhkəmə prosesində iştirak edən Federal Təhqiqat Bürosu agentlərinə “cəsarət” mükafatı verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Nyu Yorkda aparılan “Xalq bank”ın keçmiş müdiri Hakan Atillanın mühakimə olunduğu prosesin prokurorunun köməkçiləri və FTB agentllərinin tədbirdə mükafatlandırılması sosial şəbəkələrdə bir çox istifadəçinin kəskin reaksiyasına səbəb olub. Təltif olunan 7 nəfərə də mükafatlarını Türkiyəyə qarşı kəskin mövqeyi ilə tanınan fondun sədr müavini Conatan Şanzer verib.

FETÖ-çu polisə “qəhrəman” deyən FTB agenti

Mükafat alan FTB agenti Cenifer Makreynolds çıxışı zamanı Hakan Atillanın məhkəməsində şahid qismində iştirak edən FETÖ üzvü, axtarışda olan keçmiş polis əməkdaşı Hüseyn Qorxmazın “qəhrəman” olduğunu bildirib.

Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç qalmaqallı mükafatlandırma mərasimi ilə bağlı Tvitter hesabında etdiyi paylaşımda məhkəmə prosesi ilə FETÖ arasındakı əlaqəyə diqqət çəkib.

“Makreynoldsun sözləri məhkəmənin siyasiləşdirilmiş tələbini və onun arxasındakı motivasiyanı açıq şəkildə ortaya qoyur. O, saxta sübutları kimlərin hazırladığını və oradakı qaranlıq niyyəti özləri hamıdan yaxşı bilir”, - səfir bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.