Türkiyə Statistika İdarəsi xarici ticarətlə bağlı sonuncu (iyul ayı) hesabatını açıqlayıb - Ən böyük artım.... FOTOFAKT
29-08-2018, 18:12
Teref.info Türkiyə mediasına istinadən yazır ki, Türkiyə Statistika İdarəsi xarici ticarətlə bağlı sonuncu (iyul ayı) hesabatını açıqlayıb... İlk 3 yerdə araları heç də Türkiyə ilə yaxşı olmayan dövlətlər gedir. Sıralamada ilk 10-luqda isə İrakı çıxmaq şərti ilə hamısı Avropa dövlətləridir. İyul ayında Türkiyənin ən çox məhsul satdığı ölkələrin sıralamsında ABŞ üçüncü yerdə olub və bu ölkəyə 850 milyon dollarlıq məhsul satılıb. Ən çox artım da ABŞ-a edilən ixracda qeydə alınıb - 33,3%. Ümumiyətlə Türkiyənin ən çox məhsul satdığı ölkələrin ilk 10-luğunda Ərdoğanın "sevmədiyi" ölkələr yer alıb. İlk 10-luqda yer alan yeganə ərəb ölkəsi İraqdır, o da tez-tez Ərdoğanın "hədəfinə" çevrilir.