BMT-nin kimyəvi silah üzrə sabiq ekspertindən sensasion iddia:"Türkiyənin nüvə silahı əldə etmə potensialı çox yüksəkdir..."

30-08-2018, 07:35           
BMT-nin kimyəvi silah üzrə sabiq ekspertindən sensasion iddia:"Türkiyənin nüvə silahı əldə etmə potensialı çox yüksəkdir..."
Almaniyanın sabiq xarici işlər naziri Siqmar Qabrielin “Ankara Qərbdən tamamilə uzaqlaşarsa, nüvə silahlanmasına gedə bilər” bəyanatına BMT-nin kimyəvi silah komissiyasının Rusiyalı keçmiş üzvü İqor Nikulindən də dəstək gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İqor Nikulin Türkiyənin nüvə silahı əldə etmə potensialının çox yüksək olduğunu bildirib: “Türkiyə olduqca inkişaf etmiş bir ölkədir və nüvə sahəsində mütəxəssis yetişdirdiyi kimi, xaricdən də belə işçilər cəlb etmək gücündədir”.

Nikulin iddia edib ki, əgər Türkiyə müstəqil hərəkət edərsə 10 ilə, kənardan texniki dəstək alarsa 5-6 ilə nüvə silahı yarada bilər.

Strateq.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru