Litva prezidentindən Türkiyə açıqlaması

1-09-2018, 08:53           
Litva prezidentindən Türkiyə açıqlaması
Avropa İttifaqı Türkiyədən üz döndərə bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Litva prezidenti Dalya Qribauskayte ölkəsində səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşdən sonra söyləyib. O bildirib ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq vacibdir və bu addım Avropanın miqrasiya və terrorla mübarizəsində əvəzolunmazdır.

Dalya Qribauskayte Türkiyəni Avropa üçün ticarət, təhlükəsizlik və miqrasiya məsələlərində mühüm tərəfdaş adlandırıb.

Prezidentin fikirlərinə dəstək olaraq Litva xarici işlər naziri Linas Linkeviçius “Türkiyə həmişə Litva üçün sadiq tərəfdaş olacaq, əksini demək düzgün olmazdı” açıqlamasını verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.