Türkiyədə təbii qaz və elektrik enerjisi tarifləri artıb.
Qərar Enerji Bazarlarının Tənzimləmə Təşkilatı tərəfindən qəbul edilib.
Yeni qərara əsasən, təbii qazın tarifi əhali üçün 9%, qeyri-əhali üçün isə 14% artırılıb.
Elektrik enerjisi tarifi isə 14,6%-lə 16,2% arasında artırılıb. İşığın birdəfəlik tarifi 15%, üçvaxtlı tariflərdə gündüz 15%, gecə 16,2%, pik saatlarda isə 14,6% artırılıb/Qafqazinfo.az.