ABŞ-a 511 milyon “atıb” Türkiyəyə qaçan qardaşlar tutuldu - Erməni şərikləri ilə birgə

3-09-2018, 18:46           
ABŞ-a 511 milyon “atıb” Türkiyəyə qaçan qardaşlar tutuldu - Erməni şərikləri ilə birgə
ABŞ-da 511 milyon dollar məbləğində fırıldaqçılıq etmiş Lev Aslan Dermen və Yakov, İsayah Kinqston qardaşları Türkiyəyə qaçmaq istəyərkən hava limanında saxlanıblar.

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, iki il əvvəl “Borajet”in satışında iştirak etdiyi iddia olunan Lev Aslan Dermen (Levon Termencyan) və amerikalı ortaqları olan Kinqston qardaşları ABŞ büdcəsinə qarşı 511 milyon dollar məbləğində fırıldaqçılıq törətdikdən sonra Türkiyəyə getmək istəyiblər. Lakin onlar Los-Anceles Hava Limanına gedərkən yaxalanıblar.

Qeyd edək ki, təqsirkarların Türkiyədə 950 milyon dollar sərmayələri aşkar edilib. Həmçinin Dermenin 300 milyon, Kinqston qardaşlarının isə 130 milyon avro məbləğində bank hesabına sahib olduqları bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru