Moskva “türkçülük təhlükələrinə” qarşı mübarizəyə 8 milyon rubl ayırıb

4-09-2018, 20:09           
Moskva “türkçülük təhlükələrinə” qarşı mübarizəyə 8 milyon rubl ayırıb
Rusiyanın Prezident qrantları fondu “Qloballaşma və rusiya millətinin formalaşması şəraitində Rusiyanın türkdilli gənclərinin sosiallaşması” adlı layihəyə 8 milyondan çox pul ayırıb. Turan Tv “Идель.Реалии” istinadən xəbər verir ki, Bu layihə, icraşı direktoru gənc fəal, çeçen ictimai və mədəni birlikləri Assosiyasiyasının üzvü Azamat Minçayev olan “Vətəndaş cəmiyyətinin dayanıqlı inkişafına dəstək mərkəzi” tərəfindən təklif olunub. Bu mərkəz 2002-ci ildə Moskvada qeydiyyatdan keçib. Qrant birgə maliyyələşdirmə əsasında verilib.

Alınan pullardan artıq mərkəz öz vəsaitlərindən əlavə olaraq bu layihəyə daha 3,2 milyon rubl xərcləyəcək. Məlumata əsasən, layihə Rusiyadakı türkdilli gənclərlə 5 əsas istiqamət üzrə sistemli işin təşkilini nəzərdə tutur. Bu istiqamətlər elm, mədəniyyət, ədəbiyyat, idman və biznes sahələrini əhatə edir. Layihənin izahında deyilir: “Yuxarıda göstərilən fəaliyyət istiqamətləri üzrə sistemli işlərin görülməsi, layihənin ideyalarını populyarlaşdırmaq və “brendləşdirmək” üçün “İnci” adlı Ümumrusya türkdilli gənclərinin ictimai hərəkatının yaradılması nəzərdə tutulub”.

Rusiyada “pantürkist təhlükəsinin” olduğunu iddia edən layihə təşəbbüskarları qarşılarına əsas məsələlərdən biri qismində “Rusiyanın türkdilli gənclərinə xarici təsirin rolunun azaldılması” qoyurlar. Qrantın alınması ilə bağlı əsaslandırmada deyilir: “Pantürkist təhlükələrinin reallığını anlamaq üçün sosial şəbəkələrdə etnomilliyətçi və pantürkist cəmiyyətlərinin iştirakçılarının sayına baxmaq lazımdır. Belə ki, “ВКонтакте” sosial şəbəkəsindəki “VAHİD TÜRK XALQI” (“ЕДИНЫЙ ТЮРКСКИЙ НАРОД – ЕТН”) 24900 üzvü, “Radio Azatlık” qrupunun – 5300 yuxarı, “Azatlık” adlı gənc tatar etnomilliyətçilərinin qrupunda – 9300 yuxarı, “Başkort” adlı gənc başqırd etnomilliyətçilərinin qrupunda – 30900 yuxarı üzvü var. Layihənin təşəbbüskarları “2018-ci ilin martın 28-də Kiyevdə tatar və fin-uqor milliyətçilərinin, məqsədi Ural və Volqaətrafı ərazilərin Rusiyanın tərkibindən çıxmasını olan, “Azad İdel-Ural” ictimai-siyasi hərəkatının yaradılmasını elan etmələrinə” diqqət yetirməyə çağırırlar. Qeyd etmək lazımdır ki, “Azad İdel-Ural” adlı ictimai platforma 2018-ci ilin mart ayında yaradılıb, diqqəti Volqaətrafı və Uralın yerli xalqlarının problemlərində cəmləşdirmək məqsədi daşıyır. Platformanın əsas prinsipləri – tatar, başqırd, udmurt, marı, çuvaş, erzyan və mokşanların dövlət suverenitetinin reallaşması məqsədi daşıyan beynəlxalq hüquq çərçivəsində atılan qeyri-zorakı addımlardır.

Radio Azatlıka gəldikdə isə (Radio Azadlığın Tatar-başqırd bölməsi) bu bölmə 1953-cü ildən fəaliyyət göstərir. Yarandığı tarixdən bu yana tatar və başqırd dilində bütün dünyada yayımlanan yeganə bağımsız informasiya mənbəyi olub. Bir il öncə Rusiya höküməti Radio Azatlıkı “xarici agent” elan edib və onun Rusiya ərazisi çərçivəsində fəaliyyətinə maneələr törədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.