Ərdoğan: İdlibə raket atılsa, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq

5-09-2018, 07:31           
Ərdoğan: İdlibə raket atılsa, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq
Hökumət qüvvələrinin Suriyanın İdlib əyalətində əməliyyat aparması humanitar fəlakət və Türkiyəyə üz tutan yeni qaçqın dalğası yarada bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, "Sabah" qəzetinin çərşənbə günü yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

"Orada [İdlibdə] təqribən 3,5 milyon əhali var. Rusiya və ABŞ məsuliyyəti bir-birinin üzərinə atır. Lakin bu əraziyə raket düşməyə başlasa, ciddi şəkildə qan töküləcək, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq", - deyə o bildirib.

Türkiyə lideri əlavə edib ki, Ankaranın Rusiya və İranla əməkdaşlığı İdlibdə fəlakətdən yayınmağa kömək edə bilər və hazırda Rusiya ilə qarşılıqlı fəaliyyət çox vacibdir.

Bundan əlavə, Türkiyə lideri sentyabrın 7-d Tehranda keçiriləcək üçtərəfli Suriya sammitinin müsbət nəticələnəcəyinə ümid bəsləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.