"Yerə uzadıb, paltarımı soyundurdu. Sonra mənlə cinsi əlaqədə oldu" - FOTO

5-09-2018, 21:10           
"Yerə uzadıb, paltarımı soyundurdu. Sonra mənlə cinsi əlaqədə oldu" - FOTO
Türkiyənin Konya vilayətində "Gəl biraz gəzək" bəhanəsi ilə motosikletinə mindirdiyi evli və 1 uşaq anası qadınla zorla cinsi əlaqədə olan gənc saxlanılıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, 25 yaşlı R.S.Ç. dağlıq əraziyə aparıb zorla intim əlaqədə olduğu 22 yaşlı H.K.-nin onunla öz istəyi ilə bərabər olduğunu deyib:

4 ildir evli olan H.K., əri ilə ayrılmaq qərarı verdikdən sonra, ata evində yaşamağa başlayıb. Qeyd edək ki, 1 uşaq atası R.S.Ç. qadınla 5 ildir ki tanış olduqları üzə çıxıb.

Oğlan dağa apardığı qadına cinsi əlaqə təklifi etsə də o qəbul etməyib. Qadını soyunduran R.S.Ç., sonra zorla onunla bərabər olub. R.S.Ç. qadını dağda qoyaraq, geri qayıdıb. H.K. güclə evə dönüb.

3 gün boyunca hadisəni heç kimə deməyən H.K., bütün olanları dünən ailəsinə danışıb.

H.K. polisə verdiyi ifadəsində: "R.S.Ç. hadisə günü qaldığım yerə gələrək, mənimlə gəzmək istədiyini təklif etdi. Mən də inanıb, motosikletinə mindim. Sonra dağlıq bir yerə getdik. Mənə hücum etdi, gücüm çatmadı. Məni yerə uzadıb, üzərimdəki paltarları çıxardaraq, zorladı. Yumruqlayıb, hadisə yerindən getdi", - deyib.

Qarşı tərəf iddiaları rədd edib. İstintaq gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.