ABŞ-dan Türkiyəyə qarşı daha bir düşmənçilik - Foto
7-09-2018, 09:23
ABŞ Türkiyəyə qarşı düşmənçiliyini bir daha nümayiş etdirib.
Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, amerikalı general Poul Funk Türkiyənin başına 4 milyon türk lirəsi (təxminən 1 milyon manat) qoyduğu YPG terrorçusu Fərhad Abdi Şahinlə görüşüb.
Amerikalı general Şahinlə Suriyanın şimal qəsəbəsi olan Ayn İsada bir araya gəlib. Hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilməyib.