18 mühaciri boğulmaqdan qurtaran Sara həbs edildi - İnsan alverinə görə

7-09-2018, 10:12           
18 mühaciri boğulmaqdan qurtaran Sara həbs edildi - İnsan alverinə görə
2015-ci ildə Yunanıstanın Midilli adasında 18 mühaciri boğulmaqdan xilas edən və Avropada "qəhrəman" elan olunan Sara Mardini həbs edilib.

Teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sara insan qaçaqmalçılığı, casusluq və terror təşkilatına üzv olmaqda günahlandırılır. 26 yaşlı qız avqustun 21-də həbs edilərək Yunanıstanın Karidallos həbsxanasına göndərilib. Sara istintaq yekunlaşana və məhkəmə qarşısına çıxarılanadək 18 ay həbsdə qalacaq.

Xatırladaq ki, Sara və bacısı Yüsra Mardini 3 il əvvəl mühərriki işləməyən qayığı boğazlarına bağlayaraq sahilə çıxarmışdılar. İngilis rejissor Stefan Daldri bacılar haqda hətta film çəkməyə başlamışdı. Onlar daha sonra Almaniyaya köçmüşdülər. Yüsra BMT-nin Mühacirlərə yardım təşkilatının xoşniyyətli səfiri olmuş, 2016-cı ildə Rio Olimpiada yarışlarında iştirak etmişdi. Sara isə Almaniyada Bard Universitetində iqtisadiyyat və sosial elmlər üzrə pulsuz təhsil almaq imkanı qazanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru