Türkiyə ordusu 62 terrorçunu zərərsizləşdirib

9-09-2018, 09:32           
Türkiyə ordusu 62 terrorçunu zərərsizləşdirib
Türkiyənin təhlükəsizlik qüvvvələrinin Şırnak, Siirt, Hakkari, Diyarbəkir, Mardin əyalətlərində və İraqın şimalında avqustun 31-dən keçirdikləri antiterror əməliyyatları nəticəsində 62 terrorçu, o cümlədən PKK silahlılarının 4 rəhbəri zərərsizləşdirilib.

“Report” “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, Türkiyənin təhlükəsizlik qüvvələri bundan əlavə əməliyyatların gedişində narkotik ticarətçilərindən və qaçaqmalçılardan 51,1 min qutu siqaret, 2690 litr yanacaq, 179 min çətənə kolu və 296 kiloqram narotik vasitə müsadirə ediblər.

Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatların gedişində Türkiyə ordusunun 54 əsgəri həlak olub, 241 hərbi qulluqçusu yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru